Dəhşətli videonun qəhrəmanı dünyasını dəyişdi – FOTO

Baxış sayı:
60604

22 yaşlı Almaniya vətəndaşı Şani Luk HƏMAS silahlıları tərəfindən qaçırıldıqdan sonra əsirlikdə ölüb.
Muxalifet.az
bu barədə “Bild”-ə istinadən xəbər verir.
Nəşr yazır ki, qız İsrailə Qəzza zolağı ilə sərhəd yaxınlığında keçirilən musiqi festivalında iştirak etmək üçün gəlib. Faciəli hadisə oktyabrın 7-də HƏMAS yaraqlıları onu huşunu itirənə qədər vəhşicəsinə döyərək Qəzzaya aparanda baş verib.
Şani Lukun ailəsi qızlarının qaçırılmasından xəbər tutaraq dərhal Almaniya hökumətinə müraciət edərək, onun azad edilməsinə dəstək vermələrini tələb ediblər. Rəsmi mənbələrdə yaxınlarına məlumat verilib ki, Şani ağır kəllə-beyin travması ilə Qəzza zolağının şimalında xəstəxanadadır.
Təəssüf ki, Şaninin anası Rikarda Lukun qorxduğu başına gəlib. Belə ki, o, Almaniyanın RTL və NTV telekanallarına açıqlamasında qızının öldüyünü təsdiqləyib: “Təəssüf ki, dünən qızımın artıq həyatda olmadığı xəbərini aldıq”.
Qeyri-rəsmi məlumatlara görə, hazırda 13 nəfər Almaniya vətəndaşı HƏMAS terror təşkilatı tərəfindən əsirlikdə saxlanılır. İsrail ordusunun mətbuat xidməti ümumilikdə HƏMAS-ın əsirliyində 239 girovunu olduğunu bildirib.