​Dehlidən ABŞ-a SƏRT mesaj: Moskvanı qurban verməyəcəyik

Baxış sayı:
4237

Hindistan imkan verməyəcək ki, Moskva ilə təhlükəsizlik sahəsində qurduğu münasibətlər ABŞ sanksiyaları ucbatından dağılsın.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hindistan Müdafiə naziri Nirmala Sitaraman deyib. O, Hindistanın digər dövlətlərlə münasibətlərdə öz suverenliyini qoruyub saxlayacağını bildirib.
Qeyd edək ki, Hindistan Rusiyadan S-400 zenit-raket sistemlərinin alışı ilə bağlı danışıqları başa çatdırmaq üzrədir. Dehli bundan öncə dəfələrlə ABŞ-ın bütün təzyiqlərinə rəğmən, Moskvadan bu sistemlərin alışını dayandırmayacağını bildirib.