Dağlıq Qarabağda Ermənistan hərbçisi yaralanıb

Baxış sayı:
15144

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi Hayk Xaçatryan odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Dağlıq Qarabağın şimal-şərqində baş verib.

Hərbçinin hansı şəraitdə yaralandığı məlum deyil.

Hospitala yerləşdirilən hərbçinin vəziyyətinin ağır olduğu bildirilib. Məlumata görə, H.Xaçatryanın görməsində problem var.