​"Çoçuklar duymasın" serialının azərbaycanlı ulduzundan ŞOK AÇIQLAMA

Baxış sayı:
6889

“Çoçuklar duymasın” serialının əslən azərbaycanlı ulduzu Tamer Qaradağlı daha bu layihədə rol almayacaq.
Bu barədə sənətçi özü qonaq olduğu radio verilişində deyib. Onun bu açıqlaması hər kəsi təəccübləndirib:
“Serialın davam etmək ehtimalı yoxdur. Davam etsə də, artıq bu layihədə yenidən oynamağı düşünmürəm”.
Amerikada dostları ilə motosiklet turuna çıxan imicinin dəyişməsi ilə bağlı bunları deyib:
“Bəli, saç-saqqalım ağdır. Bundan utanmıram. Çünki insanın saçının, saqqalının ağarması utanılacaq bir şey deyil. Hər bir bəyaz telin bir hekayəsi var. Yaş almaq gözəldir. Ağarmış saç-saqqalımla xoşbəxtəm. Odur ki, "qocalmısan" söhbətini bir kənara qoyaq”./publika