Cənubi Azərbaycanda 12 alpinist itkin düşdü
25-11-2018 22:51
Baxış sayı:
2998

İranın Esalim və Xalxal dağlıq ərazisində 12 alpinist itkin düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Əməliyyatlar İdarəsinin sədr müavini Şahin Fethi deyib.
O bildirib ki, alpinistlərin itkin düşdüyü ərazidə şiddətli qar yağıntısı müşahidə edilir.
Fəthi 4 axtarış-xilasetmə qrupunun və yerli əhalinin iştirakı ilə bölgədə axtarışların başlanıldığını vurğulayıb.
Qeyd edək ki, sözügedən dağlıq ərazi Ərdəbil və Gilan ostanları arasında yerləşir.