Çindən Azərbaycana gələn balıq torlarına görə araşdırma BAŞLANDI
4-01-2025 17:51
Baxış sayı:
1336
Bakı Baş Gömrük İdarəsinin “Abşeron” gömrük postunda Çin Xalq Respublikasından Azərbaycan vətəndaşının ünvanına gələn yüklərə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Moderator.az-a verilən xəbərə görə, yoxlama zamanı gömrük bəyannaməsində “futbol topları və termos” kimi qeyd olunan yükün içərisindən, gömrük orqanına bəyan edilməyən, mülki dövriyyədən çıxarılan və idxalına icazə verilməyən diametri 0.5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli 4846 ədəd balıqtutan tor aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.