Çində partlayış oldu

Baxış sayı:
3535

Çinin Hıbey əyalətinin Cangciaokou şəhərində bir kimya zavodu yaxınlığında meydana gələn partlayış nəticəsində 22 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.
 
Sosial media platformalarından olan Wechat üzərindən verilən məlumata görə, Cangciakou şəhərinin Çiaodong bölgəsində yerləşən bir kimya zavodu yaxınlığında partlayış baş verib.
Partlayış nəticəsində 22 nəfər ölüb, 22 nəfər yaralanıb.
Müxalifət.az