​Çin liderindən Trampın Çenlə görüşü ilə bağlı - Bəyanat

Baxış sayı:
5569

ABŞ və Şimali Koreyanın dövlət başçıları və iki Koreya dövlətinin liderləri arasında keçiriləcək danışıqlara dəstək veririk.
Muxalifet.az xəbər verir ki, bu barədə Çinin dövlət başçısı Si Szinpinin bəyanatında bildirilib.
Çin lideri sözügedən ölkələr arasında keçiriləcək görüşdən irəliləyişlər gözlədiklərini və yarımadanın nüvə silahlarından təmizlənməsinə ümid etdiklərini bəyan edib.
Qeyd edək ki, üç ölkənin liderləri arasında görüşün keçirilməsi istiqamətində intensiv danışıqlar aparılır.