Çavuşoğlundan Avropa Məhkəməsinin “Terrorçu Dəmirtaş” qərarına sərt reaksiya

Baxış sayı:
3061

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, AİHM-nin verdiyi PKK-nın siyasi qolu olan HDP-nin həmsədri Dəmirtaş-la bağlı qərarını şərh edib.
 
Nazir Çavuşoğlu deyib:
“Öncə onu deyim. 12 il Avropa Şurasında fəaliyyət göstərmişəm. O dövrdə də Avropa Şurasında islahatların aparılması prioritetimiz idi. Və İnsan Hüquqları Məhkəməsi də daxil, bütün qurumlarda islahat aparılmalıdır. İnsan Hüquqları Məhkəməsindən 5 min dosyeni Türkiyəyə gətirərək dövlət vətəndaş ilə qucaqlaşmış oldu.
 
BU SİYASİ BİR QƏRARDIR
 
Venesiya Komissiyası və İnsan Haqları Komissarlığı, İşgəncələrin Qarşısını Alma Komitəsi və xüsusilə İnsan Haqları Məhkəməsi siyasət aparılacaq platformalar deyil. Venesiya Komissiyası, mənim də dostumdur; ancaq siyasiləşib. İnsan Haqları Məhkəməsi də bu verdiyi qərarla siyasi bir qərar verdiyini sübut etmişdir. Bu bir siyasi qərardır.
 
ETİRAZ HAQQIMIZ VAR
 
Həm daha əvvəlki qərarlarınıza məqbul şübhə ilə həbs olunduğunu deyirsiniz. Məqbul şübhə varsa, həbsinin uzadılması, davam edilməsi, sərbəst buraxılması bizim qanunlarımız çərçivəsində olmalıdır. Buna etiraz haqqımız var. 47 hakimin iştirak etdiyi bir şəraitdə qərarlar verilir. Amma digər tərəfdən "bu qərar icra olunmazsa, üzvlük təhlükəyə düşər" deyə kim deyir bunu?
 
BU QƏRARLARI İCRA ETMƏYƏN BAŞQA ÖLKƏLƏR DƏ VAR
 
Yunanıstan neçə il oldu azlıqlarla bağlı qətnamələri yerinə yetirmir. Türk adının istifadə edilməsinə icazə verilmədiyi üçün bu məsələ İnsan Haqları Məhkəməsinə daşındı. Bu qərarları icra etməyən başqa ölkələrin olduğunu da vurğulamağa çalışıram. İnsan Hüquqları Məhkəməsinin verdiyi bu qərarı tənqid etmək də bizim haqqımızdır”.

Müxalifət.az