Çavuşoğlundan ABŞ-a “Kovboy” bənzətməsi

Baxış sayı:
3637

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Litvada mühüm açıqlamalr verib.
 
Mövlud Çavuşoğlu, Rusiya ilə münasibətlərin Avropa İttifaqı ilə münasibətlərə, ya da ABŞ-a alternativ olmadığını, Türkiyənin balanslı xarici siyasəti yürütdüyünü deyib:
“Amerika Konqres nümayəndə heyətinin Türkiyəyə gəlməsi vacib idi. Bu hədə-qorxu dilindən imtina edilməsi lazımdır. Mənim hava müdafiə sisteminə təcili ehtiyacım var. Hər kəsdə raket var. Öz ölkəmi müdafiə edəcək sistemi almaq məcburiyyətindəyəm. F- 35-in ortağıyız. Burada beynəlxalq hüquq var. Kovboy filmində olduğu kimi, mən hər istədiyimi edirəm desə, bunun bir qarşılığı olur”.
Müxalifət.az