Çavuşoğlundan ABŞ-a çarpıcı sözlər

Baxış sayı:
2899

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, bölgədə baş verən son gəlişmələrlə bağlı açıqlama verib.
 
CNN Türk-ün canlı yayımında sualları cavablandıran Çavuşoğlu bunları söyləyib:
“Nyu-Yorkdakı görüşdəki yol xəritəsində gecikmə var. Digər tərəfdən, bu yol xəritəsinin ən sonunda Münbiç bitdikdən sonra digər bölgələrin sabitliyə qovuşması üçün də bu yol xəritəsi həyata keçiriləcək.
Bunu da Pompeo ilə birlikdə təsdiq etmişdik. Əlbəttə bu yol xəritəsini biz təsdiqlədik, amma həm Ərdoğan, həm Tramp da gördü. Siyasi iradə var.
Fəratın şərqi ilə bağlı, YPG necə deyərlər azğınlıq içinə girdi. Öz ideologiyalarından olmayan Kürdlər də daxil, hər kəsə çox ciddi təzyiq göstərməyə başladı. Bunun səbəbi Amerikaya verdiyi dəstəkdir.
Bizim sərhədimizin o biri tərəfində bizim üçün təhdiddir, nə lazımdırsa onu edəcəyik dedik. Özlərinə də dedik ki, siz madam ki, nəzarət altında saxlayırsınız, təcavüz atışlarına da niyə mane olmursunuz?
Əgər sərhəddə yeni müşahidə məntəqələri yaratmaq qərarı YPG-ni qorumaq məqsədlidirsə, bunun nə YPG-yə, nə də ABŞ-a faydası olmaz. Biz nə lazımdırsa edəcəyik. Bu qərarlılığımızı Afrində də göstərdik.
Müxalifət.az