​Castin Biber etiraf etdi: “Heyli Bolduinlə evləndim”

Baxış sayı:
6397

Selena Qomezdən ayrıldıqdan sonra Heyli ilə sevgili olan müğənni Castin Biber evləndiyini etiraf edib.
Muxalifet.az xəbər verir ki, Los-Anceles şəhərində yemək yeyən Castin və Heyli cütlüyü evlilik barədə sualları cavablandırıb. Castin evləndiklərini söyləyib.
Castin bir müddət əvvəl evləndiyi barədə xəbərləri sosial şəbəkədəki səhifəsində yalanlamışdı. Amma müntəzəm olaraq bu suallarla üzləşdiyi üçün evləndiyini boynuna alıb.
Kanadalı müğənni sevgilisinin çətin vaxtlarında hər zaman ona dəstək olan bir mələk olduğunu bildirib.