"BUNUN HESABINI MÜTLƏQ VERƏCƏKSİNİZ!" - Tanınmış həkimdən səhiyyə sistemindəki vəzifəlilərə etiraz

Baxış sayı:
6569

"Yoluxma və ölüm sayının artması birbaşa yuxarı ranq tibb məmurlarının vicdanındadır. Onların acgözlüyü, yarıtmazlığı, səriştəsizliyi, korrupsionerliyi səbəbindən xalq və tibb işçiləri əzab çəkir!"

Muxalifet.az xəbər verir ki, bunu tanınmış həkim Aydın Əliyev deyib.

O, pandemiya ilə mübarizə üçün ayrılmış vəsaitlərin mənimsənildiyini iddia edib: "Dövlət başçısı tərəfindən pandemiya ilə mübarizə üçün dövlət büdcəsindən ayrılmış və əhalidən yığılan vəsaiti tar-mar edirsiniz! Bunun hesabını mütləq verəcəksiniz!"