Bu ölkələr Suriyadan çıxsın - Lavrov
22-08-2018 22:06
Baxış sayı:
2101

Dəməşqin dəvəti olmadan Suriyada fəaliyyət göstərən bütün xarici qüvvələr bu ölkəni tərk etməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov söyləyib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton iranlı qüvvələrin Suriyadan çıxacağı təqdirdə Vaşinqtonun Moskva ilə birgə Suriya probleminin həlli məsələsini müzakirə etməyə hazır olduğunu söyləmişdi.