Bu görüntülər Fransanı İfşa etdi

Baxış sayı:
5641

Suriyanın əsas neft yataqlarının olduğu Deyrizor bölgəsi ABŞ/YPG koalisiyasının nəzarətindədir. Fransız mətbuatı regiona dair xəbər verərkən, özləri də bilmədən Fransa əsgərlərinin də bu neft bölgəsində olduğunu ifşa edib.
 
Dünya İdlibə həyata keçiriləcək mümkün bir əməliyyatı müzakirə edərkən, Suriyanın neftləri kirli bazarlıqlara ortaq məsələ edilməyə davam edilir. ABŞ-ın liderliyindəki YPG-li terrorçuların nəzarətində olan Deyrizorda Fransız hərbi zirehli texnikaları görüntülənib.
 
 FRANSIZ MƏTBUATI ÖZLƏRİNİ İFŞA ETDİ
 
Fransa ordusuna məxsus olan zirehli hərbi texnikanın Suriyanın neft yataqlarının yerləşdiyi Deyrizorda yerləşdiyi görüntülər Fransız mətbuatı tərəfindən qiymətləndirilib. İlk olaraq ABŞ-dan yayımlanan görüntülərdə görülən hərbi maşınlar, Fransızların da bölgədə olması məsələsini gündəmə gətirib.
Yayımlanan görüntülərdə Fransız hərbi texnikalarının bölgədə keşik-patrul xidməti yerinə yetirdiyi görülərkən, Deyrizorun Suriyanın neft baxımından ən zəngin bölgəsi olması Fransanın da çirkli bazarlıqda ola biləcəyi məsələsini ortaya çıxarıb.
 
 AÇIQLAMA GƏLMƏDİ
 
 ABŞ-dan yayımlanan bu görüntülər təpkilərə səbəb olub. Təpkilərdən sonra fotolar yayımdan qaldırılıb vəhadisə ilə bağlı araşdırma başlanılıb.
Məsələ ilə bağlı Fransa ordu və hökumətindən hər hansı bir açıqlama gəlməyib.
Qeyd edək ki, daha əvvəldən Paris rəhbərliyi Suriyada olmadıqlarını, hər hansı bir operativ fəaliyyətin tərkibində yer almayacaqlarını bildirmişdi.
Müxalifət.az