​Əbu Abbas Daxu aerodromu ətrafında ÖLDÜRÜLDÜ

Baxış sayı:
918

Suriyada hərbi əməliyyatlar zamanı Nüsrə Cəbhəsi terror təşkilatının liderlərindən olan Məhəmməd Əbu Abbas məhv edilib.
Bu barədə informasiyanı “Syrian Observatory for Human Rights” təşkilatı yayıb. Təşkilat Əbu Abbasın Əbu Daxu aerodromu ətrafındakı döyüşlər zamanı öldürüldüyünü bildirib.
Qeyd edək ki, Əbu Abbas Əfqanıstan və Pakistanda döyüşüb. Əslən Misirdən olan terrorçu 2011-ci ildən Suriyada savaşırdı./axar/