Britaniya kraliçası rokçulardan kasıb imiş

Baxış sayı:
1807

Məşhur “Queen” rok qrupunun üç üzvü Böyük Britaniya kraliçası II Yelizavetadan varlıymış.
The Sunday Times nəşri aparılan araşdırmalar nəticəsində belə bir  rəy verib.
 Belə ki, Brayn Mey, Rocer Teylor və Con Dikonun ümumu sərvəti 445 milyon funt sterlinq (586 milyon dollar) təşkil edir, kraliça isə 370 milyon funt sterlinq (487 milyon dollar) sərvətə malikdir.
Bu il qrupun hər bir üzvü ayrı-ayrılıqda 33 milyon dollar qazanıb. Bu qazancın əldə edilməsində qrupun və onların bir zaman lideri olmuş Freddi Merkürinin həyatından bəhs edən, 4 “Oskar”lı “Bohema rapsodiyası” filmi böyük rol oynayıb.