​BMT İranın iddiasını qəbul etdi

Baxış sayı:
3673

BMT Beynəlxalq Məhkəməsi İranın ABŞ-a qarşı iddiasını qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
Rəsmi Tehranın mövqeyinə görə, ABŞ sanksiyalar tətbiq etməklə dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları üzrə ikitərəfli sazişin müddəalarını pozub.
Qeyd edək ki, bu il mayın 8-də Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib.
Ağ Ev rəhbəri İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə qərar verib.