"Bizim işimiz əyləndirməkdir, soyuna da bilərik" - Nura Suri
3-05-2019 17:29
Baxış sayı:
7561
Müğənni Nura Suri "Show News" verilişinin qonağı olub.
İfaçı verilişdə müğənniləri örnək götürən şəxsləri qınayıb.
O, müğənnilərin yox, alimlərin, millət vəkillərinin örnək olmalı olduğunu dilə gətirib: “Təzə söhbət çıxıb. İnsan örnəyi atasından, anasından götürər. Bir də internetdə hamı soyunub. Beyons elə lüm-lüt klip çəkdirir. Kimsə örnək götürürsə də, ondan götürür. Biz alim deyilik, millət vəkili deyilik ki, örnək olaq. Bizim işimiz əyləndirməkdir. Soyuna da bilərik, şou da göstərə bilərik. Bunu müğənni etsə normaldır, müəllim etsə anormal”.