​Bitkoin kəskin ucuzlaşdı

Baxış sayı:
3244

Dünyanın ən populyar kriptovalyutası bitkoin 4 min dollardan aşağı düşüb.
Muxalifet.az xəbər verir ki, ötən gün bitkoinin qiyməti sutka ərzində 10,17 faiz azalaraq 3 879 dollara bərabər olub.
Sonrakı saatlarda bitkoin qiymətini bir qədər bərpa edərək 3 976 dollaradək yüksəlib.
Qeyd edək ki, bu göstərici ötən ilin sentyabrından bəri ilk dəfə qeydə alınıb.