Biləcəridə 12 yaşlı qızı maşın vurdu

Baxış sayı:
6892

Bakıda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az
xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Əliyeva Aysun Hikmət qızı yolu keçərkən maşın vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.