"Baydenə səs versəniz, o, iş yerlərini Çinə verəcək, gələcəyinizi virusa verəcək" - TRAMP

Baxış sayı:
858

ABŞ prezidenti Donald Tramp hesab edir ki, rəqibi, Demokrat Partiyasını təmsil edən Cozef Baydenin seçkilərdə qələbə qazanacağı təqdirdə ölkəni depressiya gözləyir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, Tramp Baydeni "dünyada ən darıxdırıcı insan kimi" xarakterizə edib.

"Əgər Baydenə səs versəniz, o, iş yerlərini Çinə verəcək, gələcəyinizi virusa verəcək. Ölkə qapanacaq”,- deyə Nevada ştatında tərəfdarları qarşısında çıxış edən Tramp bildirib.

O, (Bayden-red) deyərdi ki, alimlərə qulaq asır. Əgər mən alimlərə tamamilə qulaq assaydım, onda ölkə indi böyük depressiyada olardı", - ABŞ rəhbəri vurğulayıb.

"Bu, ölkəni super bərpa edən Trampla Bayden depressiyası arasında səsvermədir. Siz böyük depressiya ilə üzləşəcəksiniz, vergilər artacaq”, - Ağ Ev rəhbəri qeyd edib.