“Bayden seçkilərdə qalib gəlsə, ABŞ-da inqilab olacaq” - Tramp

Baxış sayı:
3223

ABŞ prezidenti Donald Tramp rəqini Co Baydenin seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə inqilab olacağını proqnozlaşdırır.
Xarici KİV-lər xəbər verir ki, Tramp Baydenin “kölgədə qalan gizli qrup” tərəfindən idarə olunduğunu deyib.
“O zəif insandır. Onu marionetka kimi istifadə edirlər. Onun qələbəsi gərginliyi azaltmayacaq, radikal solçular şəhərlərimizsi ələ keçirəcək, bu inqilaba yol açacaq”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noybarın 3-də baş tutacaq.