Bakının bu qəsəbəsində qaz olmayacaq
29-07-2019 10:55
Baxış sayı:
3997

Bu gün Qala qəsəbəsində təbii qazın verilişi dayandırılacaq. "Azəriqaz" İstehsalat Birliyindən Muxalifet.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədar Xəzər rayonunun Qala qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq. Məhdudiyyət saat 11:00-13:00 radələrini əhatə edəcək.