Bakıda yük maşını yandı - FHN-dən AÇIQLAMA
24-11-2019 11:01
Baxış sayı:
3665

Bakı şəhərinin Qaradağ rayonunda "MAN" markalı yük avtomobilinin kabinə hissəsi yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.