Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı
10-11-2018 14:43
Baxış sayı:
1345

Bakıda 40-45 yaşlı kişini yaralayıb qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Bakı şəhər BPİ və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də 40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsin kimliyi müəyyən edilib.
Məlumata görə, əməliyyat tədbirləri nəticəsində “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılıb.