Bakıda “Mitsubishi” markalı avtomobildən 1000 manat oğurlandı
24-09-2019 16:11
Baxış sayı:
14027

Binəqədi rayonu ərazisində avtomobildən pul oğurlamış şəxs tutulub.
Belə ki, Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən sentyabrın 7-də rayon ərazisində “Mitsubishi” markalı avtomobildən 1000 manat oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakinləri C.Şirəliyev saxlanılıb. Onunla birlikdə olmuş daha 1 nəfərin şəxsiyyəti müəyyən edilrb.
Araşdırmalar davam etdirilir.