Bakıda DƏHŞƏTLİ MİKROAVTOBUS QƏZASI: 6 nəfər...

Baxış sayı:
4356

Qaradağ rayonu, "NUR" marketin yanında ağır yol nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, mikroavtobus yük avtomobili ilə toqquşub. 
Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadaı yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıb.
Həkimlərin məlumatına görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağırdır.

Bakıda mikroavtobus yük maşını ilə toqquşdu