Bakıda bəzi marşrut xətlərinin yolu dəyişdirildi
24-07-2019 10:28
Baxış sayı:
4639

Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat yayı.
Məlumata görə, avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər. Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.