Bakıda BMV-ni qaçıran şəxs tutuldu

Baxış sayı:
1699

Bakıda BMV markalı avtomobili qaçıran şəxs saxlanılıb.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, ötən gün Bakı şəhər sakini Əliş Mustafayev polisə müraciət edib bir gün əvvəl Səbail rayonunun Xəqani küçəsində yerləşən dayanacaqda BMV markalı avtomobilini saxlamasını, açarlarını isə orada işləyən şəxsə verməsini, ertəsi gün həmin şəxsin avtomobili qaçırmasını bildirib.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avqustun 22-də avtomaşının Xətai rayonu Zığ yolu küçəsində hərəkətdə olması müəyyən edilib.
Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə avtomobil saxlanılıb, hadisəni törədən Bakı şəhər sakini Fərid Ağazadə ilə birgə Səbail rayon Polis idarəsinə təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Səbail rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.