​Bakı Polisinin sözçüsünün oğlunun MƏHKƏMƏSİ BAŞLADI

Baxış sayı:
4930

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu 1998-ci il təvəllüdlü Arif Rəhimovun cinayət işi məhkəmənin bu gün hazırlıq iclası keçirilib.
Muxalifət.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, 1998-ci ildə Bakı şəhərində anadan olmuş Arif Rəhimov subay və orta təhsilidir. Daha sonra zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib və hadisə zamanı dünyasını dəyişmiş şəxsin hüququ varisi elan olunub.
Məhkəmə baxış yanvarın 12-nə təyin edilib.
İttihama görə, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb. Füzili Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, Arif Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib. Arif Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Xatırladaq ki, qəzanın səbəbkarı olan Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğludur. Hadisə Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.