​Bakı metrosunda problem: qatarlar gecikir - Rəsmi açıqlama

Baxış sayı:
6328

Metroda qatarların hərəkətində problem yaranıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov trend -ə bildirib ki, hadisə bu gün saat 19:30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib:
"Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul etmək mümkün olmayıb. Qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə yaranıb. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür".