Bakı kəndində acınacaqlı mənzərə - FOTO

Baxış sayı:
4570

Paytaxtın Binə kəndində yollar bərbad vəziyyətə düşüb.
Bu barədə “Facebook” sosial şəbəkəsində Zülfiyyə Quluyeva adlı istifadəçi görüntülər paylaşıb.
Binə kəndinin Südçülük adlanan ərazisində yol kənarında su ötürücülərinin olmaması səbəbindən yağış suları yolun üst qatını yuyaraq geniş çalalar əmələ gətirib, və bu da kənd sakinlərinə çətinliklər yaradıb.
Ərazidə yaşayan qadın və uşaqlar çala-çuxur, palçıq içində olan yolları düzətlməyə çalışıblar.
Görüntülər sosial şəbəkə istifadəçilərin narazılığına səbəb olub.