​Bakı Dövlət Universitetində kameralar söndürüldü – ABEL MƏHƏRRƏMOVUN ƏŞYALARI DAŞINIR VƏ...

Baxış sayı:
15991

Bu gün Bakı Dövlət Universitetinin (BDU) əsas korpusunun birinci, ikinci və üçüncü mərtəbələrindəki bütün kameralar söndürülüb.
Muxalifet.az
etibarlı mənbəyə istinadən xəbər verir ki, bu haqda BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı göstəriş verib.
Mənbə deyir ki, burada məqsəd A.Məhərrəmovun 18 illlik rektorluğu dönəmində aldığı hədiyyələri və digər şəxsi əşyalarını kimsə görmədən öz otağından çıxarmaq olub. Həmçinin, keçmiş rektor və onun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru bununla sabah BDU-ya gəlib-gedən şəxslərin kameraya düşməsinin qarşısını almağa çalışırlar.
Xatırladaq ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu gün prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.
 
Muxalifet.az