“Azərpoçt”dan saxta mesajlarla bağlı XƏBƏRDARLIQ: ALDANMAYIN

Baxış sayı:
4168

Son zamanlar "Azərpoçt” MMC-nin köhnə loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.

"Azərpoçt” MMC-dən verilən məlumata görə, mesajların mövzusu təxminən belədir: "”Təbriklər! Siz "İphone X” və ya "Hədiyyə Kartı” udmaq şansını qazanmaq üçün tərəfimizdən seçilmiş 10 istifadəçidən birisiniz!”.