Azərindən türk əsgərləri üçün duyğulandıran VİDEO

Baxış sayı:
6106

Türkiyə mətbuatı Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti Azərinin dəstək mesajından yazıb.

BAKU.WS xəbər verir ki, müğənni Türkiyənin Suriyadakı əməliyyatları ilə bağlı dəstək videosu paylaşıb.

Azərin "Barış pınarı" əməliyyatlarında iştirak edən mehmetçiklərə dəstək olaraq paylaşdığı videoda bunları söyləyib:

"Görürsünüz ki, bayraqlarımız yan-yanadır. Türkiyə-Azərbaycan arasında heç bir fərq yoxdur. Ora da bizim vətənimizdir. Azərbaycan da bizim vətənimizdir.

Bayraqlarımız bundan sonra da yan-yana dalğalanacaq. Tam dəstəyimiz Türkiyəyə olacaq. Son nəfəsimizə kimi Türkiyə deyəcəyik. Bir hədəfimiz var: Turan, Qızıl alma".