​Azərbaycanlı ərəb şeyxinin qızından evlilik təklifi aldı - Foto

Baxış sayı:
7675

Azərbaycanlı model Əli Hüseynov ərəb şeyxlərindən birinin qızından evlilik təklifi almasından danışıb.
Muxalifet.az saytına açıqlama verən model bildirib ki, ərəb ölkələrində populyar olduğu üçün qadınların diqqətini çəkməyi bacarır:
"Ərəb şeyxinin qızından evlilik təklifi almışam. Xanım mənə mesaj bölməsində yazdı, evlənməyi təklif etdi. Fotolarım ərəb ölkələrində çox populyardır, sosial şəbəkədə tez-tez paylaşılır. Təklifə müsbət cavab vermədim. Azərbaycan qızlarını dünyanın heç bir yerindəki qızlara dəyişmərəm".
Qeyd edək ki, sosial şəbəkə fenomeni olan Ə.Hüseynov "Mister Azerbaijan 2017" müsabiqəsinin də qalibidir.