​Azərbaycanlı “qanuni oğru” saxlanıldı — Belarusda

Baxış sayı:
9106

Belarusun paytaxtı Minskdə azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Rəşad Gəncinski” kimin tanınan Rəşad İsmayılov həbs olunub.
Muxalifet.az modern.az-a istinadən bildirir ki, noyabrın 20-də Belarus DİN-in əməkdaşları Rəşad İsmayılovla yanaşı,  cinayətkar dəstənin üzvləri olduğu ehtimal edilən daha 4 nəfəri də saxlayıb.
Onlardan TT və Makarov tipli tapançalar, 14 ədəd güllə və narkotik maddə - həşiş götürülüb.
Qeyd edək ki, Rəşad  İsmayılov kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamı  hesab olunur.