Azərbaycanda virus yayılıb? - Nazirlikdən açıqlama

Baxış sayı:
17182

Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir. Səhiyyə Nazirliyindən Muxalifet.az-a daxil olan məlumata görə, hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır. Mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.