Azərbaycanda Millət İttifaqı yaradılır - BƏYAZ HƏRƏKATININ TƏŞƏBBÜSÜ İLƏ

Baxış sayı:
1798

Bəyaz Hərəkatınını təşəbbüsü ilə Azərbaycanda Millət İttifaqı adlı yeni siyasi birlik yaradılır.
Muxalifet.az
xəbər verir ki, bu haqda Bəyaz Hərəkatının mətbuat katibliyindən məlumat verilir.
Qeyd edək ki, artıq Millət İttifaqının Təşəbbüs qrupu formalaşdırılıb. Təşəbbüs qrupu mətbuata açıqlama ilə çıxış edib:
“Vətən torpaqlarımızın işğaldan azad olunması üçün iqtidarın apardıgı mübarizə metodunu, siyasətini yanlış hesab edərək, daxildə və xaricdə millət olaraq haqlarımızın və hüquqlarımızın pozulmasını görərək, Güneydə yaşayan 40 milyon qardaşlarımızın taleyindən heç bir narahatçılıq keçirməyən, Türk dünyasının birliyinə fəaliyyətləri ilə maneə törədən ünsürlərə "bilinməyən" səbəblərdən münbit siyasi şərait yaradan səriştəsiz iqtidarın uzun zaman intervalındakı fəaliyyətini qəbul etməyərək;
Torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü, böyük Azərbaycan dövlətinin bərpası və Türk dünyasının birliyi yolunda mübarizə aparan güneyli-quzeyli bütün təşkilatlarımızın birgə fəaliyyətini təmin etmək üçün MİLLƏT İTTİFAQI yaratmaq təşəbbüsümüzü bildiririk.
MİLLƏT İTTİFAQI-ın prinsipləri və əsasnaməsi 15.09.2020-ci il tarixində (yurdlarımızın terrorist daşnaklardan və rus fars himayədarlarından azad olunduğu gün) elan olunacaq”.
Muxalifet.az