Azərbaycanda hər gün 170 nəfər ölür — TƏBİB-dən XƏBƏRDARLIQ
4-06-2020 20:16
Baxış sayı:
2035

Ölkədə müxtəlif səbəblərdən gündəlik olaraq 150-170 nəfər vəfat edir.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində dilə gətirib.
O deyib ki, dəfn üçün icazə almaq istəyənlər 102 xidmətinə müraciət etməlidirlər: "Lakin keçən dəfə biz gördük ki, bu haldan sui-istfadə edirlər. 102 xidmətinə əsassız zəng edənlər barəsində müvafiq tədbirlər görüləcək".