Azərbaycanda erməni lobbisinə xidmət edən Əziz Əliyevi kim himayə edir? – FUAD ABBASOV RUSİYADA TƏHDİD OLUNUR, BAKIDA İSƏ ERMƏNİ JURNALİST...

Baxış sayı:
15436

Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov ermənilər tərəfindən təhdid olunması ilə bağı açıqlama verib. Jurnalist Real TV-yə müsahibəsində bildirib ki, ona ermənilər tərəfindən təhdidlər 2016-cı ildən başlayıb: “Bu fəaliyyətləri əvvəl də aparmışıq, yenə də aparacağıq. Burada hər hansı dəstək, kömək, iştirak olsa da, olmasa da, davam edəcəyik. Mənə qarşı təzyiqlər daha çox 2016-cı ildən başlayıb. Təkcə internet təhdidləri deyil. Yolda da üçüncü millətin nümayəndələri qarşımıza çıxıb, bizi təhdid edib”.
F.Abbasov deyib ki, təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: “Mənə 2016-cı ilin yayından bildirilib ki, əgər sən Rusiya kanallarına çıxıb, Ermənistan və ermənilər əleyhinə danışsan, səni də, ailəni də cəzalandıracağıq. Məni yolda təhdid edən erməninin kimliyini müşahidə kamerasından müəyyənləşdirib, adını, fotosunu, pasport şəklini kameralardan tapıb hüquq-mühafizə orqanlarına vermişəm. Yanımda rus əsilli bir vətəndaş şahidim var ikən bunu etmişəm. Faktları hüquq-mühafizə orqanlarına aparmağıma baxmayaraq, bunun heç bir faydası olmayıb. Sadəcə olaraq, bizim Rusiyadakı səfirliyimiz xarici işlər nazirliyinə nota ilə müraciət edib ki, bizim ictimai-siyasi fəaliyyətlə məşğul olan jurnalistimizə təzyiq var. Mən bunu da başa düşürəm. Istər hüquq-mühafizə orqanları, istərsə də prokurorluq o millətin təmsilçiləri ilə doludur”.
Yeri gəlmişkən, “RİA Novosti” İA-nın baş direktoru və “Sputnik Azərbaycan”a rəhbərlik edən Əziz Əliyevin barəsində ölkə mediasında, o cümlədən Muxalifet.az saytında dəfələrlə materiallar dərc olunub. Bu materiallarda Ə.Əliyevin anasının erməni olması, dayıları ilə tez-tez görüşməsi, Rusiyadakı erməni lobbisinə xidmət etməsi və “Spitnik Azərbaycan”ın ölkəmizdə daha çox kəşfiyyat informasiyaları toplamaqla məşğul olması haqda kəskin ittihamlar irəli sürülüb. Maraqlıdır ki, konkret şəxslər tərəfindən irəli sürülən bu ittihamlarla bağlı indiyə qədər rəsmi səviyyədə hər hansı araşdırılma aparıldığı haqda ortada heç bir fakt yoxdur. Əksinə, Əziz Əliyevin və rəhbərlik etdiyi media şəbəkəsinin Azərbaycandakı mövqeləri günbəgün güclənməkdədir. Bütün bunlar isə belə deməyə əsas verir ki, Azərbayacanda Rusiyaya, dolayısı ilə Ermənistana xidmət edən Əziz Əliyevə rəsmi səviyyədə “toxunulmazlıq” hüququ verilib.
Amma, təəssüf ki, biz Rusiya hökuməti tərəfindən azərbaycanlı jurnalist Fuad Abbasova qarşı eyni münasibətin şahidi olmadıq.  Hətta jurnalist onu təhdid edən şəxsin fotosunu hüquq-mühafizə orqanlarına təqdim etsə belə, görünən odur ki, bu ölkədə erməniləri kimsə cəzalandırmaq istəmir. Nəticədə isə, Fuad Abbasova qarşı təhdidlərə göz yumulur, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının şef redaktoru Mətin Yaşaroğlu məhz ermənilərin xeyrinə danışmadığı üçün işdən azad edilir və s.
Zənnimizcə, Azərbaycanın yetkili qurumları bütün bunlar haqda bir daha düşünməlidir...

Muxalifet.az