Azərbaycanda 177 nəfər həkim müşahidəsinə alındı - KORONAVİRUS ŞÜBHƏSİ

Baxış sayı:
1672

Səhiyyə Nazirliyi koronavirus şübhəsi ilə həkim müşahidəsinə alınan şəxslərin sayını açıqlayıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, səhər saat 10.00 üçün  Kiliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsində 7 nəfər, xüsusi ayırılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi xəstəxanasında 86 və Cəlilabad Mərkəzi Rayon xəstəxanasında  91 nəfər həkim müşahidəsinə alınıb./apa