Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın 23-də Nyu-Yorkda görüşəcək

Baxış sayı:
10264

Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindla məlumat verilib.

Sentyabrın 23-də isə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.