Azərbaycan aviasiyası havaya qaldırıldı - Video
12-03-2019 14:10
Baxış sayı:
7567
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərində iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.