ELDAR MAHMUDOV ÖLÜB? - Ailə üzvlərindən açıqlama / Yenilənib

Baxış sayı:
1126

Eldar Mahmudovun ölüm xəbəri yalandır.

Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com-a onun ailə üzvləri məlumat verib.

Bildirilib ki, sabiq MTN rəhbərinin ölməsi ilə bağlı yayılan xəbərlər həqiqət deyil. O da qeyd edilib ki, Eldar Mahmudovun səhhətində heç bir problem yoxdur.

E.Mahmudovun yaxınları əlavə edib ki, sabiq nazirin ölməsi ilə bağlı daha əvvəl də yalan məlumatlar yayılmışdı.

***12:37

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat edib.
 
Muxalifet.az xəbər verir ki, e-huquq.az-ın əldə etdiyi məlumata görə, E. Mahmudovun gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.