İSVEÇ VƏ DANİMARKA VAKSİNDƏN İMTİNA ETDİ – Ürəyin iltihablanması riskini yüksəldir…

Baxış sayı:
496

İsveç və Danimarka “Moderna” kompaniyasının istehsalı olan Covid-19 preparatlarının istifadəsini dayandırmağa qərar veriblər.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, bu, güclü yan təsirlər göstərməsi səbəbi ilə izah olunur.

İsveçin səhiyyə naziri ürəyin iltihablanması riskinin yüksək olduğunu vurğulayaraq, 30 yaşına qədər olan insanların peyvənd edilməsinin durdurulmasına qərar verildihyini açıqlayıb.

Danimarka rəsmiləri isə bildirir ki, ölkədə 18 yaşından aşağı vətəndaşların vaksin olunması dayandırılıb.