Axtarış

The search found 105741 results in 0.04 seconds.

Search results

  1. Kanadada anomal istilər: 700-dən çox insan həyatını itirdi

    Kanadanın Britaniya Kolumbiyası əyalətində son həftə ərzində görünməmiş isti hava ilə əlaqədar 700-dən çox insanın ölümü qeydə alınıb.

    Bu barədə əyalətin baş məhkəmə-tibb eksperti Liza Lapoynt bildirib. Onun sözlərinə görə, iyunun 25-dən iyulun 1-dək günvurmadan 719 ölüm hadisəsi qeydə alınıb. Bu, analoji dövrlə müqayisədə istidən ölüm faizinin adi göstəricilərini 3 dəfə ötüb.

    Rekord temperatur kiçik şəhərcik Litonda qeydə alınıb. Orada isti havadan bütün evlər yanıb. Şəhərcik Yer üzündən silinib.

    Muxalifet2 - 4-07-2021

  2. Mübariz Mənsimov keçmiş daxili işlər nazirindən prokurorluğa şikayət etdi - ONA “FETOÇU” DEDİYİ ÜÇÜN...

    “Palmali” gəmiçilik şirkətinin sahibi, bir müddət əvvəl həbsdən çıxan azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağarın barəsində İstanbul Cümhuriyyət prokurorluğuna şikayət ərizəsi verib. 

    Türkiyə mətbuatı xəbər verir ki, Mənsimovun şikayətinin səbəbi Ağarın onun haqqında mətbuata verdiyi açıqlamalardır. Mehmet Ağar bu yaxınlarda bildirmişdi ki, Mübariz Mənsimov ABŞ-da yaşayan FETÖ lideri Fətullah Gülənin yanına bir dəfə yox, dəfələrlə gedib.

    Muxalifet2 - 4-07-2021

  3. DİN Çexiya-Danimarka matçında xidmət keçən it haqqında paylaşım etdi - FOTO

    Daxili İşlər Nazirliyi Çexiya-Danimarka matçında xidmət keçən it haqqında paylaşım edib. 

    Paylaşımda deyilir: “Bakı Olimpiya stadionunda keçirilən AVRO-2020 futbol çempionatının Çexiya-Danimarka oyununda Alfa da bizimlə xidmətdə idi”

    Muxalifet2 - 4-07-2021

  4. DYP əməkdaşları sürücünü yanan maşının içərisindən çıxartdı - VİDEO

    Ötən gün Pirallahı yolunda avtomobil aşıb.

    Oxu.az xəbər verir ki, mercedes markalı 90xu979 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayaraq aşıb.

    Aşan maşın qısa zamanda alışmağa başlayıb və sürücü içərisində qalıb. Ərazidə xidmət aparan Dövlət Yol Polisi əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıb.

    Mövcud vəziyyətdə zaman itirmədən həyatlarını təhlükəyə atan DYP əməkdaşları sürücünü yanan maşından xilas ediblər. Zəruri təhlükəsizlik tədbirləri görülməklə yanan avtomobil söndürülüb.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 4-07-2021

  5. Bayden İsrail prezidenti qarşısında diz çökdü - FOTO

    Ötən həftə ABŞ və İsrail prezidentləri Co Baydenlə Reuven Rivlin arasında Vaşinqtonda mətbuata qapalı görüş keçirilib.  Görüş zamanı Ağ Evin mətbuat xidməti tərəfindən çəkilən şəkil bugünlərdə sosial şəbəkələrdə yayılıb və böyük səs-küyə səbəb olub. Fotoda Baydenin İsrail prezidenti qarşısında diz çökdüyü görünür.

    “The Times of Israel” bildirib ki, əslində ABŞ prezidenti Rivlinin yanında dayanmış xanım köməkçisinin 12 uşaq anası olduğunu öyrəndikdən sonra qadına qarşı belə bir jest edərək hörmətini ifadə edib. 

    Muxalifet2 - 4-07-2021

  6. Xəzərdə güclü partlayış kadrları: SOCAR-dan açıqlama / VİDEO

    Xəzər dənizinin Azərbaycan sektorundakı partlayışın neft-qaz sektoru və Ümid platforması ilə heç bir əlaqəsi yoxdur. Bu barədə virtualaz.org.az-a ölkənin hökumətindəki mənbələrdən məlumat verilib.

    Belə ki, partlayışın seysmik proses nəticəsində baş verdiyi və geoloji mənşəli olduğu bildirilir. Hazırda mütəxəssislər nə baş verdiyini öyrənirlər.

    ***

    Muxalifet2 - 4-07-2021

  7. FHN vulkanın baş verdiyi yerdən görüntülər yaydı - VİDEO

    "Məlumat verildiyi kimi, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb".

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub:

    Muxalifet2 - 5-07-2021

  8. PKK-nın 3.5 milyardlıq narkotiki məhv edildi - TERROR TƏŞKİLATI 350 TON HEROİN ƏLDƏ EDƏ BİLƏRDİ...

    Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin cənub-şərqindəki Bingöl əyalətində 15 milyon 217 min ədəd narkotik bitki-kannabis ələ keçirib və məhv edib. Bu haqda Türkiyə KİV-ləri yazır. Həmin miqdarda kannabis təxminən 350 ton heroin əldə etməyə imkan verir. Bu qədər heroinin bazar dəyəri isə 3.5 milyard TL (təxminən yarım milyard dollar) qiymətləndirilir. Bildirilir ki, narkotik bitki PKK terrorçuları tərəfindən əkilib becərilib. Narkotik maddələrin ticarəti PKK-nın əsas maliyyə qaynağı hesab edilir.

    Muxalifet2 - 5-07-2021

  9. DÜŞMƏNİN MİNALADIĞI ƏRAZİLƏRDƏ YANĞIN BAŞLAYIB - VİDEO

    Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, məlumat əsasında dərhal nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

    Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Muxalifet2 - 5-07-2021

  10. Avropa İttifaqı Azərbaycanda pul ayıracağı beş istiqaməti açıqladı

    Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" Proqramı növbəti işçi sənədində 2020-ci ildən sonrakı dövr üçün prioritetlərini dərc edib. "Bərpa, davamlılıq və islahat" başlığı ilə dərc olunmuş sənədin Azərbaycana aid hissəsində beş istiqamət əks olunub.

    Muxalifet2 - 5-07-2021

  11. “Qurtuluş-93” MTK rəhbərinin həyat yoldaşı qəza törədib - Xəsarət alanlar var / FOTOLAR

    Abşeronda üç avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Duz gölünün yaxınlığında baş verib.

    Belə ki, 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılıb. Qəza zamanı üç nəfər xəsarət alıb.

    Qeyd edək ki, “Mercedes Galandewagen”nin sürücüsü Gülnar Hüseynova “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun həyat yoldaşıdır.
     

    Muxalifet2 - 5-07-2021

  12. ŞİRKƏT RƏHBƏRİ BARƏSİNDƏ AXTARIŞ ELAN OLUNDU - 70-ə yaxın şəxsi aldadıb

    Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində 01.07.2021-ci il tarixdə keçirilmiş “sual-cavab” adlı sessiya zamanı bir neçə vətəndaşın “Go Europe” şirkətinin rəhbəri Orxan İbrahimovun 70-ə yaxın şəxsi aldadaraq Avropada işə düzəltmək adı altında pul almaqla dələduzluq etməsi barədə müraciətləri daxil olub.

    Baş Prokurorluqdan verilən məlumata görə, qeyd edilən müraciətlər Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürüldüyündən, həmin faktla bağlı cinayət işi üzrə istintaqın davam etdirilməsi İstintaq idarəsinə tapşırılıb.

    Muxalifet2 - 5-07-2021

  13. “Lotu Quli”nin qətlinə görə tutulanlar məhkəməyə aparıldı - NAMİQ CANIYEVİN ADAMLARIDIR...

    “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlinə görə ötən həftə tutulan 4 nəfər İstanbul Bakırköy məhkəməsinə aparılıb.

    Türkiyə mediası xəbər verir ki, onların barəsində prokurorun təqdimatı ilə həbs qətimkan tədbirinin seçilməsi gözlənilir. Bu şəxslərin kimliyi açıqlanmır, amma hamısının xarici ölkə vətəndaşları olduqları bildirilir.

    Muxalifet2 - 5-07-2021

  14. Dağıstanlı nənə nəvələrinə çimərlikdə güləş fəndlərini öyrədir - VİDEO

    Rusiya Federasiyasının Dağıstan Respublikasında nənənin öz nəvələrinə idmanın güləş növünün fəndlərini öyrətməsi maraqla qarşılanıb.

    Lenta.ru məlumat verir ki, video “Facebook” sosial şəbəkəsində yayılıb.

    Həvəskar məşq çimərlikdə baş tutub. Əvvəlcə nəvələrinin məşqini izləyən yaşlı qadın daha sonra onlara yaxınlaşaraq güləşin texnikasını öyrətməyə çalışır.
     

    Muxalifet2 - 6-07-2021

  15. İnterpol keçmiş prezidentin oğlunu axtarışa verdi

    İnterpol Malininkeçmiş prezidenti Bubakara Keytanın oğlu olan Kərim Keytanı axtarışa verib.

    "TASS" xəbər verir ki bu barədə Frans-Press Agentliyi məlumat yayıb.

    Bildirilir ki, Kərim Keyta, 50 yaşlı jurnalist Birama Turenin itkin düşməsində günahlandırılır.

    Jurnalistin 2016-cı ildən bəri harada olması barədə heç bir məlumat yoxdu.

    Muxalifet2 - 6-07-2021

  16. Türkiyə kəşfiyyatı Qırğızıstanda müəllimi oğurlayıb - ƏRDOĞANDAN AÇIQLAMA

    Prezident Recep Tayyip Erdoğan iyulun 5-də deyib ki, ötən ay yoxa çıxması Bişkekdə etirazlara səbəb olmuş müəllimi Türkiyə kəşfiyyatının agentləri oğurlayıblar.

    Qırğızıstandakı Sapat tədris şəbəkəsinin başçısı Orhan İnandı mayın 31-də Qırğızıstan paytaxtında müəmmalı şəkildə yoxa çıxmışdı.

    Onun avtomobili ertəsi gün Bişkekin mərkəzində qapıları açıq vəziyyətdə tapılmışdı. Müəllimin qiymətli əşyalarına toxunmamışdılar.

    O vaxt onun xanımı ehtimal edirdi ki, əri Türkiyə səfirliyindədir.

    Muxalifet2 - 6-07-2021

  17. Britaniya bütün koronavirus qadağalarını qaldıracaq

    Britaniyanın baş naziri Boris Conson iyulun 5-də İngiltərədə COVID-19-a görə qoyulmuş bütün isqtisadi və sosial məhduddiyyət və qadağaların iki həfftədən sonra qaldırılacağını elan edib.
     
    O bildirib ki, bu, həm də ölkədə vaksinasiya kampaniyasının geniş vüsət aldığı bir şəraitdə koronavirusun daha yoluxucu Delta variantının “özünü necə aparmasının sınağı” olacaq.
     
    Conson bildirib ki, hökumət iyulun 19-dan etibarən koronavirusla bağlı bütün qadağanları qaldıracaq, amma bu barədə qəti və son qərar gələn həftə elan olunacaq.
     

    Muxalifet2 - 6-07-2021

  18. Sosial şəbəkələrdə “patı” satan 9 nəfər saxlanılıb / VİDEO, FOTOLAR

    Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə təmassız, yəni onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet4 - 6-07-2021

  19. İRAN-AZƏRBAYCAN SƏRHƏDİNDƏ SİLAHLI İNSİDENT - Ölən var

    İyul ayının 5-də saat 23:45 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndi ya­xın­lığındakı sərhəd zastavasının xidməti ərazisində 5 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.

    Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

    Muxalifet4 - 6-07-2021

  20. PİRŞAĞIDA DƏNİZİ HASARLADILAR - / FOTO

    Bakının Pirşağı kəndində bahalı villa sahibləri Xəzərsahili ərasiləri hasarlamaqla yerli sakinlər və istirahətə gələnlərə ciddi problemlər yaradıblar. Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

    Muxalifet4 - 6-07-2021

Pages