Avtomobil piyada qadını vuraraq ÖLDÜRÜB – GƏNCƏDƏ

Sürücü polis tərəfindən saxlanılıb
 
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman yolu keçmək istəyən qadın piyadanı vurub. Təxminən 50-55 yaşlı, hələ şəxsiyyəti müəyyənləşdirilməmiş qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
Sürücü polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, yaralını xəstəxanaya sürücü aparıb.