Avtobusla minik maşını toqquşdu: 1 ölü, 8 yaralı
18-07-2018 11:38
Baxış sayı:
9409

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.